Bakının Sabunçu rayonunda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Bakıxanov qəsəbəsində qeydə alınan qəza zamanı 1984-cü il təvəllüdlü Salmanov Bəhlul Əsgər oğlu piyadalar üçün nəzərdə tutulmayan ərazidən yolu keçmək istəyərkən yaralanıb.
Yaralı hadisəni törədən sürücü tərəfindən xəstəxanaya çatdırılıb. Ona bel-ombanın və döş qəfəsinin əzilməsi diaqnozu qoyulub. Yaralı reanimasiyaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.