Sabunçu rayonunda baş verən qəzada 1 nəfər ölüb, 1 nəfər yaralanıb.
ÇıxışYolu.Com xəbər verir ki, hadisə axşam saatlarında Bilgəh sanatoriyasının qarşısında baş verib. “AzSamand” markalı minik avtomobili yolu keçmək istəyən piyada 1961-ci il təvəllüdlü Əhmədova Radiyyə Niftalı qızını və 1984-cü il təvəllüdlü Hüseynov Kənan Nazim oğlunu vurub.
Yaralılar dərhal təcili tibbi yardım maşını vasitəsilə 3 saylı Şəhər Klinik Xəstəxanasına çatdırılıb. Həkimlərin səylərinə baxmayaraq, qadın dünyasını dəyişib. K.Hüseynova isə sol qolun əziyi diaqnozu qoyulub.
Faktla bağlı araşdırma aparılır.
Kamil Əmirli
Elşad Mətləboğlu