Bakıda piyada ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.
ÇıxışYolu.Com-ın məlumatına görə, hadisə Sabunçu rayonu, Zabrat qəsəbəsində qeydə alınıb.
Gürcüstan vətəndaşı 1976-cı il təvəllüdlü Vəliyev Mehralı Kamil oğlu özünə məxsus “Mercedes-Benz Vito” markalı, KF-427-FK Gürcüstan dövlət nəqliyyat nişanlı avtomobillə Zabrat – Kürdəxanı qəsəbəsində yolu keçən piyada 1960-cı il təvəllüdlü Əhmədova Nərimə Mirtağı qızını vurub.
Piyada 3 saylı Şəhər Kliniki Xəstəxanasının reanimasiya şöbəsinə çatdırılıb.
N.Əhmədova aldığı ağır xəsarətlərdən xəstəxanada vəfat edib.
Faktla bağlı CM-nin 263.2-ci maddəsi ilə cinayət işi başladılıb.
Araşdırma aparılır.
Könül Cəfərli