“YouTube” Avropa Musiqi Bəstəkarlarının Müəllif Hüquqlarını Müdafiəsi
Cəmiyyəti (SESAC) ilə hüquqi mübahisəyə görə ABŞ-də Adel, Bob Dilan, “Green
Day”, REM, Burna Boy, Rush və digər sənətçilərin videolarını bloklayıb.
Cixisyolu.com xəbər verir ki, bu barədə Variety məlumat yayıb.
“YouTube” nümayəndəsi bildirib ki, rəhbərlik SESAC ilə məhsuldar danışıqlar
aparıb, lakin müqavilənin müddəti bitənə qədər ədalətli razılığa gəlmək mümkün
olmayıb və bu səbəbdən videolar bloklanıb.
Bununla belə, videoların müqavilə başa çatmamış yoxa çıxdığı və platformanın
bunu məqsədli şəkildə edə biləcəyi qeyd olunur.