Radarlardan müəmmalı şəkildə itmiş Malaziya hava yolları şirkətinin MH370 reysi ilə uçan “Boeing 777” sərnişin təyyarəsinin axtarışları zamanı tədqiqatçılar 19-cü əsrdə yoxa çıxmış ticarət gəmilərini tapıb.
ÇıxışYolu.Com xəbər verir ki, bu barədə BBC məlumat yayıb.
Avstraliyanın qərb sahillərindən 2300 km aralıda, Hind okeanın dibində aşkarlanmış Britaniya gəmilərindən birində daş kömür daşınıb. Gəminin çəkisi 1500 tona yaxındır və okeanın 4000 metr dərinliyində toxunulmaz qalıb. Başqa bir gəminin isə dəmir barja olduğu deyilir
Ekspertlər birincinin, yoxa çıxmış “West Ridge” gəmisi olduğunu ehtimal edir. “West Ridge” İngiltərədən Hindistana səyahət zamanı 1883-cü ildə göyərtəsində 28 nəfərlə birgə batıb.