Suriyanın şimalında YPQ/PYD yaraqlıları İŞİD terrorçu qruplaşmasının mövqelərinə hücum etməyə başlayıb.
ÇıxışYolu.Com xəbər verir ki, əməliyyatın görüntüsü Yaxın Şərqdə terrorçuların fəaliyyətinin monitorinqini aparan “Directorate 4” təşkilatının “Telegram” kanalında yayılıb.
Kürd yaraqlıların İŞİD-in Əl-Həsəkə vilayətindəki mövqelərinə hücum etdiyi bildirilir. İŞİD terrorçuları artıq Fəqqə rayonundan sıxışdırılıb.
YPQ/PYD qüvvələrinin quru əməliyyatlarına ABŞ-ın başçılıq etdiyi beynəlxalq koalisiya havadan dəstək göstərir..