6248f336-19ed-4228-a8d3-e96c695fe341..jpg

YPX postunda sürücüdən külli miqdarda narkotik maddə aşkarlandı – FOTO

Baxış sayı: 864 dəfə baxılıb.

YPX postunda sürücüdən külli miqdarda narkotik maddə aşkarlandı – FOTO

Baş DYP İdarəsinin YPX postunda 3 kq 550 qram narkotik maddə aşkar edilib.

Bu barədə “Report”a Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi Rövşən Tağıyev
məlumat verib.

Ötən gün Əkbərov Cavid Nuru oğlunun idarə etdiyi “Hyundai Elantra” markalı
99-VP-411 nömrə nişanlı avtomobil gecə saat 00:15 radələrində nəzarət
qaydasında Əlat-Astara-İran sərhədi avtomobil yolunun 143-cü km-də, Masallı
rayonu ərazisində yerləşən Baş Dövlət Yol Polisi İdarəsinin 726 saylı YPX
postunda saxlanılıb, sürücünün hərəkətləri şübhə doğurduğundan o, tibbi
müayinədən keçirilib, bu zaman onun narkotik vasitənin təsiri altında olması
aşkar edilib.

Sürücü C.Əkbərovun idarə etdiyi avtomobilə baxış zamanı avtomobildən ümumi
çəkisi 3 kq 550 qram olan müxtəlif növ narkotik maddə (2 kq 850 qram heroin,
700 qram metafetamin) aşkar edilərək götürülüb. Sürücü rayon Polis Şöbəsinə
təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

Source link