Yuan beynəlxalq valyutaya çevrilir

Yuan beynəlxalq valyutaya çevrilir

Baxış sayı: 4. 702 dəfə baxılıb.

Çin hökuməti yuanın beynəlxalq valyutaya çevrilməsi, eləcə də, gələcəkdə özünün maliyyə bazarının açılması istiqamətində səylərini davam etdirir. 

ÇıxışYolu.Com xəbər verir ki, bu badərə mətbuat konfransında Çin Xalq Bankının rəhbəri Çjou Syaçuan bəyan edib.

O bildirib ki, yuanın beynəlxalq valyutaya çevrilməsi istiqamətində yetərli  qədər addım atılıb, hazırda Çin valyutasının investisiya ticarətində istifadəsinə imkan verir. Bundan əlavə, yuan SDR (Beynəlxalq  Valyuta Fondunun 1969-cu ildə üzv ölkələrin mövcud rəsmi ehtiyatlarına yardım etmək məqsədilə yaratdığı beynəlxalq ehtiyat aktividir) valyuta səbətinə daxil edilib. 

Onun sözlərinə görə, qlobal bazar iştirakçılarının yuanla hesablaşmalara keçməsi üçün kifayət qədər vaxt lazımdır.

Qeyd edək ki, yuan SDR səbətinə 2016-cı ildən daxil edilib. O vaxta qədər səbətdə yığımlar dollar, avro, funt sterlinq və yenlə aparılırdı. 

2015-ci ildə isə Rusiya Mərkəzi Bankı ölkənin qızılla valyuta ehtiyatlarına Çin yuanını daxil edib.

.
www.ÇıxışYolu.Com