YUĞ və Pantomima teatrlarının bina ilə təmin edilməsi nəzərdə tutulur.
ÇıxışYolu.Com xəbər verir ki, bunu mədəniyyət naziri Əbülfəs Qarayev jurnalistlərə açıqlamasında bildirib.
Nazir qeyd edib ki, YUĞ və Pantamimo teatrlarının vəziyyəti narahatlıq doğurur:
“İrəvan Teatrının təmir-bərpa işləri yekunlaşdıqdan sonra bu teatrların da məkanı ilə bağlı işlər görüləcək. Doğrudur, hər iki teatrın kirayə pulu dövlət büdcəsi tərəfindən qarşılanır. Ancaq bütün hallarda adlarını çəkdiyim teatrlar nazirliyin diqqətində saxlanılır. Xüsusilə onu qeyd edim ki, Pantomima teatrının vəziyyəti digərlərindən daha pis haldadır”.
Könül Cəfərli