Yük maşını dərəyə aşdı: Ölən və yaralanan var

Yük maşını dərəyə aşdı: Ölən və yaralanan var

Baxış sayı: 2. 618 dəfə baxılıb.

Yük maşını dərəyə aşdı: Ölən və yaralanan var

Şamaxı-Muğanlı-İsmayıllı avtomobil yolunda bir nəfərin ölümü, bir nəfərin isə yaralanması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

ÇıxışYolu.Com APA-ya istinadla xəbər verir ki, hadisə bu gün saat 16:30 radələrində, Ağsu çayı üzərindəki körpünün yanında qeydə alınıb.

“Mercedes” markalı yük maşını Ağsu çayı üzərindəki körpüdən bir qədər aralı yoldan çıxaraq 100 metr dərinliyi olan dərəyə aşıb. 

Hadisə zamanı avtomobilin sürücüsü, Ağstafa rayon sakini, 1975-ci il təvəllüdlü İmamverdiyev Rahib Əhmədalı oğlu və sərnişini, 1981-ci il təvəllüdlü Vahidov Niyaməddin Şöhlü oğlu ağır bədən xəsarətləri aldığı üçün təcili tibbi yardım stansiyasının avtomobili ilə Şamaxı rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar. 

Həkimlərin səyinə baxmayaraq, Rahib İmamverdiyev xəstəxanada dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.  

www.ÇıxışYolu.Com