539f8c38-d748-45c8-95b2-1aa3ce18129d..jpg

Yüksək Liqa: “Azərreyl” lideri məğlub etdi

Baxış sayı: 396 dəfə baxılıb.

Yüksək Liqa: “Azərreyl” lideri məğlub etdi
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Qadın voleybolçular arasında Azərbaycan çempionatında daha bir oyun baş tutub.

AZƏRTAC xəbər verir ki, əvvəlki turlardan vaxtı dəyişdirilmiş bu qarşılaşmada
“Murov Az Terminal” və “Abşeron” klubları üz-üzə gəliblər.

Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində təşkil olunan matç
gərginliyi ilə yadda qalıb. İlk iki setdə daha yaxşı təsir bağışlayan “Murov Az
Terminal” hesabda irəli çıxıb. Növbəti hissəni isə “Abşeron” kollektivi
aktivinə yazdırıb və ümumi hesabı 2:1 edib.

Lakin təşəbbüsü yenidən ələ alan “Murov Az Terminal” dördüncü setdən də qalib
ayrılıb. Beləliklə, 4 hissə davam edən qarşılaşmada “Murov Az Terminal” 3:1
(28:26, 25:22, 29:31, 25:17) hesabı ilə qələbə qazanıb. Bu, “Abşeron”un cari
mövsümdə ilk məğlubiyyəti olub.

Qeyd edək ki, “Azərreyl” və “Abşeron” 15 xalla 1-2-ci yerləri bölüşürlər.
Xallarının sayını 12-yə çatdıran “Murov Az Terminal” 3-cü, 9 xalı olan “Gəncə”
4-cü, 3 xalı olan “Milli Aviasiya Akademiyası” 5-ci, xalı olmayan UNEC isə
sonuncu pillədədir.

Source link