Yüksək Liqa: “Gəncə”, “Abşeron” və “Azərreyl” qələbə qazanıb – FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Qadın voleybolçuların Yüksək Liqasında XVIII turun oyunları keçirilib.
Cixisyolu.com xəbər verir ki, matçların ikisi Bakıda, digəri isə Gəncədə baş tutub.
“Gəncə” doğma meydanda UNEC-i qəbul edib. Matç ev sahiblərinin 3:0 hesablı
qələbəsi ilə yekunlaşıb.
Günün növbəti görüşündə “Abşeron” və “Milli Aviasiya Akademiyası”
kollektivləri üz-üzə gəliblər. Gənclər və İdman Nazirliyinin Voleybol
Mərkəzində təşkil olunan oyunda birincilər 3:0 hesabı ilə qələbə qazanıb.
Turun son matçı eyni məkanda “Murov Az Terminal” və “Azərreyl” komandaları
arasında olub. Gərgin keçən qarşılaşmada “dəmiryolçular” 3:1 hesabı ilə qalib
gəlib və liderliyini möhkəmləndirib.
Bu nəticələrdən sonra “Azərreyl” 45 xalla turnir cədvəlinə başçılıq edir.
“Abşeron” 39 xalla ikinci, 37 xallı “Murov Az Terminal” isə üçüncü pillədə
qərarlaşıb.