ded4d0dc-b7c1-4b15-9804-7b3e977c01ea..jpg

“Yüksəliş” müsabiqəsinin qabiliyyət imtahanı start götürdü

Baxış sayı: 908 dəfə baxılıb.

“Yüksəliş” müsabiqəsinin qabiliyyət imtahanı start götürdü
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Dördüncü dəfə təşkil olunan “Yüksəliş” müsabiqəsinin əyani mərhələsinin ilk
imtahanı 18 may tarixində start götürüb. Qabiliyyət imtahanının sessiyaları
Dövlət İmtahan Mərkəzinin elektron imtahanlar korpusu, Azərbaycan
Respublikasının Elm və Təhsil Nazirliyinin tabeliyində olan 161 nömrəli tam
orta məktəb və 263 nömrəli tam orta məktəbdə baş tutub.

Cixisyolu.com-ın məlumatına görə, suallar verbal, rəqəmsal və abstrakt təhlil olmaqla
üç blok üzrə hazırlanıb.

Qabiliyyət imtahanının nəticələri doğru cavabların sayı ilə deyil, xam ballar
əsasında formalaşacaq T-bal şkalası ilə hesablanacaq. Bu qiymətləndirmə metodu
beynəlxalq imtahan sistemlərində (TOEFL, GMAT, SAT) istifadə edilir və
Azərbaycanda ilk dəfə “Yüksəliş” müsabiqəsində tətbiq edilib. Nəticələrin
hesablanmasında istifadə edilən bu üsul bütün dünyada ən qabaqcıl və ədalətli
metod hesab olunur.

“Qabiliyyət imtahanının nəticələri bütün imtahan sessiyaları bitdikdən sonrakı
beş-yeddi iş günü ərzində iştirakçılara hesabat şəklində göndəriləcək.

Qeyd edək ki, “Yüksəliş” müsabiqəsi Azərbaycan Respublikasının Prezidenti
İlham Əliyevin 26 iyul 2019-cu il tarixində imzaladığı Sərəncamla təsis olunub.
Müsabiqə qalibləri mentorlar (https://yukselish.az/mentors.html
) tərəfindən birillik fərdi inkişaf planı və
hər biri 20 min manat məbləğində özünüinkişaf üçün pul mükafatı əldə edirlər.

Növbəti, sayca dördüncü “Yüksəliş” müsabiqəsinin keçirilməsi ilə bağlı
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən 25 dekabr 2023-cü
il tarixində müvafiq sərəncam imzalanıb.

Əzizə İsmayılova

Source link