e9061fd8-64ff-44c3-a249-828c07f1b1f5..jpg

Yumurta BAHALAŞACAQ? – AÇIQLAMA

Baxış sayı: 486 dəfə baxılıb.

Yumurta BAHALAŞACAQ? – AÇIQLAMA
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Son vaxtlar ölkəmizdən xaricə, xüsusilə də Rusiyaya yumurta ixracı xeyli
artıb. Bu vəziyyət daxili bazarda yumurta qiymətlərinin artacağı ilə bağlı
söz-söhbətlərin artmasına səbəb olub.

Bəs, yumurta bahalaşa bilərmi?

Məsələ ilə bağlı Bizim.Media-ya danışan Azərbaycan Quş Əti, Yumurta
İstehsalçıları və İxracatçıları Assosiasiyasının sədri Mürvət Həsənli bildirib
ki, hazırda narahatlığa heç bir əsas yoxdur:

“Doğrudan da son vaxtlar yumurta ixracında artım müşahidə olunur. Yanvar
ayının geridə qalan dövründə 17 milyon ədəd yumurta ixrac etmişik. Bunun da 10
milyondan artığı Rusiyaya, qalanı isə Yaxın Şərq ölkələrinə – İraqa, Küveytə,
Qətərə və BƏƏ-yə göndərilib.

Nəzərə alaq ki, ölkə əhalisinin yumurtaya gündəlik ehtiyacı 3 milyon 600 min
ədəddir. Bu ehtiyac da artıqlaması ilə ödənilir. Əvvəllər biz gündə 4,5-5
milyon civarında yumurta istehsal edirdik. Amma bu gün gündəlik yumurta
istehsalı 5,5 milyon ədədi keçib.

İstehsal artdığı üçün sahibkarlarımız xarici bazara daha çox yumurta satırlar.
İxracdakı artımın tək səbəbi budur.

İxracın artması nə daxili bazarda qıtlığa, nə də qiymət artımına səbəb
olmayacaq. Çünki istehsalda problem yox, dinamika var. Hazırda ölkəmizdə
fəaliyyət göstərən şirkətlərin 90 faizi öz istehsalını artırıb”.

Source link