Yunan-Roma güləşi üzrə Azərbaycan millisi “Zaqreb Open”in qalibi olub
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Yunan-Roma güləşi üzrə Azərbaycan millisi Xorvatiyada keçirilən “Zaqreb Open”
turnirinin qalibi olub.
“Report”un məlumatına görə, Aleksandr Tarakanovun rəhbərlik etdiyi kollektiv 2
qızıl, 1 bürünc medalla buna nail olub.
Komandamızın heyətində Ülvi Qənizadə (72 kq) və Sənan Süleymanov (77 kq) fəxri
kürsünün ən yüksək pilləsinə qalxıblar, Həsrət Cəfərov (67 kq) üçüncü yeri
tutub. Murad Məmmədov (63 kq), Murad Əhmədiyev (97 kq) və Beka Kandelaki (130
kq) isə 5-ci olaraq yığmanın hesabına xal yazdırıblar.
Nəticədə Azərbaycan millisi 95 xalla komanda hesabında “Zaqreb Open”in ən
yaxşısı olub. Macarıstan 90 xalla ikinci, Türkiyə isə 81 xalla üçüncü yeri
tutublar.
Qeyd edək ki, sərbəst güləş üzrə Azərbaycan yığması 54 xalla komanda hesabında
4-cü olub. Qadınlardan ibarət milli isə 31 xalla 12-ci pillədə qərarlaşıb.