Yunanıstan səfirliyi: Azərbaycan millisi viza verilməməsi barədə məlumatlandırılıb

Baxış sayı: 2. 239 dəfə baxılıb.

Yunanıstan səfirliyi: Azərbaycan millisi viza verilməməsi barədə məlumatlandırılıb

Xəbər verdiyimiz kimi, mini futbol üzrə Azərbaycan milli komandası Yunanıstanın Krit adasında keçirilən dünya çempionatına gedə bilməyib.

Bakıdakı Yunanıstan səfirliyi ÇıxışYolu.Com-ın milli komandamıza Şengen vizası verməməsi ilə bağlı sorğumuza cavab verib.

Səfirliyin Konsulluq şöbəsindən verilən məlumatda deyilir:

“Konsulluq şöbəsi viza müraciətləri və onların nəticələrini şəxsi məlumatlarla bağlı qanunvericiliyə əsasən şərh edə bilməz. Bütün müraciət edən şəxslərin hər biri artıq Şengen Məcəlləsinə əsasən vizadan imtinanın səbəblərinə əsasən məlumatlandırılıb”.

Qeyd edək ki, baş məşqçi Elşad Quliyevin sözlərinə görə, Azərbaycan Mini-Futbol Federasiyası milli üzvləri üçün bank təminatı təqdim edə bilməyib.

Bu səbəbdən səfirliyin viza vermədiyi deyilir. Millimiz turnirə gələ bilmədiyi üçün təşkilatçılar komandamızın yerinə Çilini dünya çempionatına dəvət edib.

Səbuhi Musayev