Yunanıstan Türkiyə ilə sərhədə yeddi min hərbçi göndərdi

Yunanıstan Türkiyə ilə sərhədə yeddi min hərbçi göndərdi

Baxış sayı: 2. 864 dəfə baxılıb.

Yunanıstanın milli müdafiə naziri Panos Kammenos bəyan edib ki, Türkiyə ilə sərhədə nəzarət gücləndirilib.

ÇıxışYolu.Com-ın “RİA Novosti”yə istinadən məlumatına görə, Egey dənizində, Evros rayonunda yerləşən adalara yeddi min hərbi qulluqçu göndərilib.

Nazirin sözlərinə əsasən, bu qərar Türkiyə ilə münasibətlərin pisləşməsindən sonra qəbul olunub.

“Hazırkı vəziyyəti nəzərə alaraq, biz Egey dənizinə və Evrosa hərbçilər göndəririk. Yaxın günlərdə adalara 3,5 min nəfər göndəriləcək, daha 3,5 min nəfər isə Evros adasına yola salınacaq”, – Kammenos İkari adasında hərbi qulluqçularla görüşü zamanı deyib.

O qeyd edib ki, Yunanıstan istənilən təhdidə cavab verməyə hazırdır:

“Biz öz gücümüzə inanırıq və kənardan heç kimdən kömək gözləmirik”.

www.ÇıxışYolu.Com