28552fc2-517b-402b-b60b-857dd16f50fc..jpg

Yunanıstan XİN başçısı: “Türkiyə ilə münasibətlərdə yeni mərhələ başlayıb”

Baxış sayı: 404 dəfə baxılıb.

Yunanıstan XİN başçısı: “Türkiyə ilə münasibətlərdə yeni mərhələ başlayıb”
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Yunanıstan və Türkiyə arasında münasibətlərin yeni mərhələsi başlayıb”.

Bunu Yunanıstanın xarici işlər naziri Giorqos Gerapetritis ERT televiziyasına
müsahibəsində deyib.

O bildirib ki, Yunanıstanın baş naziri Kiriakos Miçotakislə Türkiyə Prezidenti
Rəcəb Tayyib Ərdoğan arasında mayın 13-də Ankarada baş tutan görüşdən sonra iki
ölkə arasında əlaqələrdə yeni mərhələnin əsası qoyulub.

Yunanıstanlı nazir iki ölkə arasında yüksək səviyyədə təmasların
artırılmasının vacibliyini qeyd edib.

“Əsas məsələ qarşılıqlı fayda verə biləcək məsələlərə fokuslanmaqdır”, – deyə
Gerapetritis bildirib.

Mənbə: ert.gr

Source link