Yunanıstanda hüquq mühafizə orqanları əməkdaşları müxtəlif rayonlarda qarətlər törədən 21 nəfəri həbs edib.
ÇıxışYolu.Com xəbər verir ki, həbs olunanlardan 18-i Gürcüstan vətəndaşı, qalanları Yunanıstan, İraq və Bolqarıstan vətəndaşlarıdır.
Yunanıstan polisinin sözçüsü İoana Rotzioku, Attikanın rayonlarında sistematik qarətlər törədən ən iri mütəşəkkil dəstələrdən birinin zərərsizləşdirildiyini bildirib.
Həbs olunanlar 24-64 yaşlarında olan şəxslərdir. Onların 70-ə yaxın mənzildə oğurluq etməkdə, silahlı soyğunçuluqda, qanunsuz narkotik vasitələr saxlamaqda və onların daşınmasında şübhəli bilinir.