5f532d48-8586-4668-ab3c-438dab4fb735..jpg

Yunanıstanda qatar qəzasında ölənlərin sayı artdı: DNT analizi üçün nümunələr verilib

Baxış sayı: 2. 756 dəfə baxılıb.

Yunanıstanda qatar qəzasında ölənlərin sayı artdı: DNT analizi üçün nümunələr
verilib

Yunanıstanda ötən gün baş verən qatar qəzasında ölənlərin sayı 36-dan 42-yə
çatıb.

Altısı ağır olmaqla, 57 nəfərin müalicəsi davam etdirilir.

Qəza zamanı baş verən yanğınla əlaqədar axtarış-xilasetmə işləri zamanı
dağıntılar altından çıxarılan bəzi meyitlərin tanınmasında çətinliklər yaşanıb,
itkin düşənlərin ailələrinin üzvləri DNT analizi üçün nümunələr veriblər.

Xatırladaq ki, Yunanıstan hökuməti ölkə tarixində ən qanlı qatar qəzasından
sonra üç günlük milli matəm elan edib.

Bu gün Afina və Salonikidə nümayişlərin keçiriləcəyi gözlənilir.

Qeyd edək ki, dünən ölkənin paytaxtı Afinada qatar qəzasına etiraz edən
nümayişçilər ilə polis arasında qarşıdurma yaşanıb.

Minlərlə nümayişçi “Bu, qəza deyil, qətldir” yazılmış lövhə qaldırıb.

Ərazini tərk etmək istəməyən nümayişçilərə qarşı polis gözyaşardıcı qazdan
istifadə edib.

Mənbə: Anadolu

Source link