Yunanıstanda tüğyan edən siklon ciddi problemlərə səbəb olub
Yunanıstanda tüğyan edən “Elias” siklonu əsasən Evbeya adasına zərər vurub.
Belə ki, bəzi yerlərdə yağıntının miqdarı 150-dən 198 millimetr olub.
Məlumata görə, bəzi evləri su basıb, bir sıra yerli yollarda nəqliyyatın
hərəkəti dayandırılıb.
Qeyd olunur ki, güclü, uzun sürən yağıntılar nəticəsində bəzi çaylar
məcrasından çıxıb, 40-a yaxın evi su basıb, suyun sürətli axması nəticəsində
bəzi yollarda nəqliyyatın hərəkəti dayandırılıb.
Yunanıstan yanğınsöndürmə xidmətinin mətbuat katibi Vasilis Vartakoyannis
telekanalda bildirib ki, Yunanıstanda xilasedici qismində çıxış edən
yanğınsöndürənlərə nəqliyyatın hərəkətinin bərpasına kömək etmək üçün Evbeyaya
ordu hissələri göndərilir. Hazırda Psaxna və Mantudi, Prokopi və Pelion yaşayış
məntəqələri arasında yol bağlanıb.
Mənbə: TASS