adb03899-d3b9-4eaf-8641-a9d7d746ebb6..jpg

Yunanıstandan azərbaycanlı FIFA referisinə dəvət: Yarımfinal oyununu idarə edəcək

Baxış sayı: 864 dəfə baxılıb.

Yunanıstandan azərbaycanlı FIFA referisinə dəvət: Yarımfinal oyununu idarə
edəcək

Azərbaycanlı FIFA referisi Əliyar Ağayev növbəti dəfə Yunanıstan Kubokunun
oyununa təyinat alıb.

Bu barədə AFFA-nın mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, Yunanıstan
Futbol Federasiyasının dəvətinə əsasən, FIFA referisi Əliyar Ağayevin rəhbərlik
etdiyi hakimlər briqadası ölkə kubokunun yarımfinal mərhələsinin cavab oyunu
çərçivəsində martın 1-də keçiriləcək “Olimpiakos” – AEK oyununu idarə edəcək.
Ona Zeynal Zeynalov və Akif Əmirəli kömək edəcəklər. Elçin Məsiyev isə VAR-da
iş başında olacaq.

Ağayev əvvəllər də bir neçə dəfə Yunanıstandan dəvət alıb.

Source link