Kiprin və Yunanıstanın suveren hüquqları pozulduğu təqdirdə Türkiyəyə Avropa Şurası tərəfindən sanksiyalar tətbiq oluna bilər.
Bu haqda Yunanıstanın baş naziri Aleksis Tsipras Xarici işlər və müdafiə şurasının növbədənkənar iclasında deyib.
O bildirib ki, Türkiyə qanunsuz olaraq Kiprin iqtisadi zonasında geoloji kəşfiyyat işləri aparır.
“İlk növbədə onu qeyd etmək istəyirəm ki, bütün yunanlar özlərini təhlükəsizlikdə hiss etməlidirlər. Türkiyənin təxribatı və beynəlxalq hüquq normalarını pozması – güc yox zəiflik əlamətidir”, – deyə, Tsipras bildirib.
Onun sözlərinə görə, Yunanıstan son zamanlarda daha güclü beynəlxalq birliklər formalaşdırıb.