Xəbər verdiyimiz kimi, 21 yaşadək fubolçulardan ibarət Azərbaycan yığması (U-21) iyunun 4-də Astanada Qazaxıstan yığması ilə yoldaşlıq oyunu keçirəcək.
ÇıxışYolu.Com xəbər verir ki, bundan dörd gün sonra – iyunun 8-də isə U-21 yığmamız Bakıda Macarıstanın müvafiq yaş qrupuna aid komandası ilə yoldaşlıq oyununda üz-üzə gələcək.
Bu, Rəşad Sadıqovun baş məşqçi kimi U-21 millimizdə ilk ev oyunu olacaq.
Yeri gəlmişkən, Rəşad Sadıqovun digər başçılıq etdiyi komanda – 20 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının (U-20) mayda keçiriləcək yoldaşlıq oyunları ilə bağlı bir dəyişiklik edilib.
Mayın 16-da Bakıda Yunanıstan yığmasına qarşı keçirilməsi nəzərdə tutulan oyun rəqibin imtinası səbəbindən baş tutmayacaq.
Yığmamız həmin gün Gürcüstanın U-20 komandası ilə qarşılaşacaq. Mayın 24 və 27-də isə U-20 komandamız, əvvəlcədən açıqlandığı kimi, Bakıda Makedoniyanın U-21 yığması ilə yoxlama oyunu keçirəcək.
S.T.
www.ÇıxışYolu.Com