Yüngül atletika üzrə dünya çempionu 29 yaşında vəfat etdi
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Kanadalı yüngül atlet Şon Barber 29 yaşında tibbi fəsadlar səbəbindən
dünyasını dəyişib.
Bu barədə Akron Universitetinin (ABŞ) atletika fakültəsinin mətbuat xidməti
məlumat yayıb.
Açıqlamada idmançının bir müddətdir ki, xəstəlik səbəbindən səhhətində
problemlər yaşadığı qeyd edilib. O, Kinqsvuddakı (ABŞ) evində dünyasını dəyişib.
Şüvüllə tullanma üzrə idmançı 2015-ci il Dünya Çempionatının qalibi olub. O,
bu idman növü üzrə dünya çempionatında Kanada komandasına ilk medalı
qazandırıb. 2016-cı ilin yanvarında qapalı məkanda 6,00 m-lik nəticə əldə
edərək ölkə rekordunu qırıb. 2016-cı il olimpiadasında Barber 10-cu yeri tutub.