Yunker arvadının zənginə görə çıxışını yarıda kəsdi, gülüş hədəfinə çevrildi

Baxış sayı: 4. 670 dəfə baxılıb.

Yunker arvadının zənginə görə çıxışını yarıda kəsdi, gülüş hədəfinə çevrildi

Avropa Komissiyasının rəhbəri Jan-Klod Yunker həyat yoldaşının zənginə görə mötəbər tədbirdə gülüş hədəfinə çevrilib.

Milliyetin xəbərinə görə, Misirdə,  Şarm-əş-Şeyx şəhərində keçirilən Ərəb Ölkələri Liqası və Avropa İttifaqının ilk sammitində maraqlı anlar yaşanıb. 

Tədbirdə çıxış edən Avropa Komissiyasının rəhbəri Jan-Klod Yunker həyat yoldaşının zənginə görə nitqini yarımçıq kəsib və jurnalistlərə üzünü tutaraq  “həyat yoldaşım zəng edir, üzr istəyirəm” deyib.

Xatırladaq ki, 2017-ci ildə də rəsmi görüşlərdən birində çıxışı zamanı nitqini telefonun zəng çalması ilə kəsən Yunker “xanımım zəng edir sanmışdım, Angela Merkelmiş” deyərək zarafat etmişdi.

Avropa Komissiyasının rəhbəri dəfələrlə rəsmi görüşlərə özünün qeyri-adi hərəkətləri ilə damğa vurub. O, 2018-ci ildə NATO sammitinə sərxoş halda qatılması ilə müzakirələrə səbəb olmuşdu.