Avropa Komissiyasının sədri Jan-Klod Yunker etiraf edib ki, Vaşinqtonda keçirilən danışıqlarda ABŞ prezidenti Donald Trampın salamlaşma zamanı öpüşünə hazır olmayıb
ÇıxışYolu.Com xəbər verir ki, Yunker Trampla öpüşməsinin gözlənilməz olduğunu bildirib:
“Təşəbbüskar mən deyildim. Bu, mənim davranış qaydalarıma ziddir”.
O əlavə edib ki, fotoşəkili məhz Tramp yayıb:
“Mən otaqda daha bir fotoqrafın olduğunu bilmirdim. Yaranmış vəziyyət gözəl əks edilib”.
Qeyd edək ki, fotoşəkili öz “Twitter” hesabında yerləşdirən ABŞ prezidenti ona belə şərh yazıb:
“Aydındır ki, Yunkerin təmsil etdiyi Avropa Komissiyası və mənim təmsil etdiyim ABŞ biri-birini sevir!”