Yurçeviçli millimiz ilk ev oyununa çıxdı

Baxış sayı: 3. 119 dəfə baxılıb.

Yurçeviçli millimiz ilk ev oyununa çıxdı

Futbol üzrə Azərbaycan milli komandası baş məşqçi Nikola Yurçeviçin rəhbərliyi altında ilk ev oyununa çıxıb.

ÇıxışYolu.Com-ın məlumatına görə, komandamız “Bakcell Arena”da Litva yığmasını qəbul edib.

Azərbaycan millisinin üstünlüyü ilə keçən qarşılaşma qolsuz bərabərliklə yekunlaşıb.

Xatırladaq ki, bundan əvvəl, martın 21-də Azərbaycan yığması Avro-2020-nin seçmə mərhələsi çərçivəsində ilk oyunda səfərdə Xorvatiya yığmasına 1:2 hesabı ilə uduzub.

Komandamızın heyətində yeganə qolu matçın 19-cu dəqiqəsində Ramil Şeydayev vurmuşdu.

E qrupunda yer alan millimiz növbəti iki oyununu evdə keçirəcək. Yığma komanda iyunun 8-də Macarıstan, iyunun 11-də isə Slovakiya millisini qəbul edəcək.