“Keşlə”nin baş məşqçisi Yuri Maksimov püşkatmanın nəticəsinə münasibət bildirib.
ÇıxışYolu.Com xəbər verir ki, ukraynalı mütəxəssis açıqlamasında Avropa Liqasının I təsnifat mərhələsində qarşılaşacaqları Maltanın “Baltsan” klubunun zəif rəqib olmadığını bildirib:
“Müasir futbolda artıq zəif komanda anlayışı yoxdur. Avroliqaya vəsiqə qazanıbsa, deməli, zəif rəqib deyil. Rəqibi yaxşı analiz etməliyik və ciddi hazırlaşmalıyıq. Bizi çətin, eyni zamanda, maraqlı qarşılaşma gözləyir”.
Qeyd edək ki, Avropa Liqasında I təsnifat mərhələsinin ilk oyunları iyulun 12-də, cavab görüşləri isə iyulun 19-da keçiriləcək. “Keşlə” ilk oyununu səfərdə keçirəcək.