Yuri Qoliqorski: “Kemeronun gəlişi ilə Bakı ilə London arasında münasibətlər
daha da inkişaf edəcək” – VİDEO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
“Devid Kemeronun Böyük Britaniyanın Xarici İşlər Naziri təyin edilməsi
tamamilə gözlənilməz qərardır”.
Bunu “CBC TV Azərbaycan”a müsahibəsində britaniyalı jurnalist Yuri Qoliqorski
deyib.
“Böyük Britaniyanın tarixi boyu keçmiş baş nazir cəmi 12 dəfə hökumətdəki bu
və ya digər vəzifəyə qayıdıb. Bundan başqa, 2016-cı ildə Kemeron siyasətdən
tamamilə gedib. O, bundan sonra siyasətlə məşğul olmayacağını söyləyib və şəxsi
həyatına davam edib. O, qayıtmaq üçün ilk növbədə Lordlar Palatasına
keçməlidir, əks halda geri qayıda bilməzdi…
Böyük Britaniya ilə Azərbaycan arasında münasibətlər bu təyinatdan sonra daha
da inkişaf edəcək. Azərbaycan Böyük Britaniyanın yaxın müttəfiqi, dostudur.
Azərbaycan təkcə Britaniyaya deyil, bütün Avropaya enerji resurslarının
təchizatı ilə bağlı çətinlikləri aradan qaldırmağa kömək edən ölkələrdən
biridir”, – deyə o, əlavə edib.
Daha ətraflı videosüjetdə: