06f5c98c-5de6-4613-b087-ff6935983949..jpg

Yusif Eyvazov: “Opera və Balet Teatrında təmir işləri bir ildən çox davam edəcək”

Baxış sayı: 531 dəfə baxılıb.

Yusif Eyvazov: “Opera və Balet Teatrında təmir işləri bir ildən çox davam
edəcək”

“Azərbaycan Dövlət Opera və Balet Teatrında təmir işlədir davam etdirilir”.

APA xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında teatrın direktoru, Xalq
artisti Yusif Eyvazov deyib.

O bildirib ki, Opera və Balet Teatrının səhnəsi köhnəlib:

“Bu gün müasir tamaşaları vermək üçün səhnə yenidən təmir olunmalıdır. Hazırda
təmir işləri ilə bağlı aktiv işlər görülür, xaricdən mütəxəssislər dəvət
olunub. Teatrın akustika sistemi, orkestrin yerləşdiyi hissə də yenidən təmir
olunmalıdır ki, müasir standartlara cavab versin. Biz çalışırıq ki, qısa
müddətdə təmir işlərini yekunlaşdıraq, amma təmir işləri yəqin ki, bir ildən
çox davam edəcək. Biz gərək teatrı elə bərpa edək ki, bundan sonra yüz il də
yaşasın”.

Direktor təmir işlərinə baxmayaraq, teatrın fəaliyyətini davam etdirdiyini
vurğulayıb.

Source link