Yusif Mustafayev borc verdiyi 100 mindən çox pulunu geri ala bilmir – VİDEO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Əməkdar artist Yusif Mustafayev borc verdiyi şəxslərdən pulunu ala bilmir.
Cixisyolu.com xəbər verir ki, müğənni bu barədə televiziya verilişlərindən birinin
efirində danışıb.
Y.Mustafayevin sözlərinə görə, bir tanışına 60 min manat, digərinə isə 51 min
manat borca pul verib:
“Birindən 3000, digərindən 3500 ala bilmişəm. Mən də bunu hökumətə, dövlətə
demirəm, şikayət etmirəm. Deyərəm də, sübut da edərəm. Amma pisliklə istəmirəm.
14 ilə yaxındır qaytarmırlar. Zəng edirəm, açmırlar. Hər ikisinin imkanı da
var. Sadəcə mənim sadəliyimdən istifadə edirlər. Elə bilirlər ki, ölüb
gedəcəyəm, pul batacaq. Balalarım var, nəvələrim var. O pulu onsuz da onlardan
alacaqlar. Adlarınızı demirəm. Allahınız olsun. Lazım olsa, dövlət qurumuna da
şikayət edəcəyəm. Xahiş edirəm, pulumu gətirib verin”.