3613570e-91f5-4e3b-b6c0-8e237eaa8c7d..jpg

“Yuventus” 40 saniyəyə qırmızı vərəqə alan futbolçusunu cəzalandırdı

Baxış sayı: 2. 631 dəfə baxılıb.

“Yuventus” 40 saniyəyə qırmızı vərəqə alan futbolçusunu cəzalandırdı

“Yuventus”un İtaliya A Seriyasının XXV turunda “Roma” ilə ev oyununda birbaşa
qırmızı vərəqə ilə meydandan qovulan futbolçusu Moyze Kinin cəzası məlum olub.

Turin klubu italyan hücumçunu cərimələyib. O, intizamsız davranışına görə 25
min avro ödəməli olacaq.

Xatırladaq ki, 23 yaşlı forvard “Yuventus”un 0:1 hesabı ilə məğlub olduğu
qarşılaşmanın 89-cu dəqiqəsində meydana buraxılıb və cəmi 40 saniyə sonra
birbaşa qırmızı vərəqə ilə oyundan qovulub.

Mənbə: “La Gazzetta dello Sport”

Source link