Milanın “İnter” klubu futbol üzrə İtaliya Çempionatının 35-ci turunda öz meydanında “Yuventus”u qəbul edib.
ÇıxışYolu.Com Gazeta.ru-ya istinadla xəbər verir ki, “San-Siro” stadionunda keçirilən görüş qonaqların 3:2 hesablı qələbəsi ilə yekunlaşıb.
“Yuventus” (88 xal) bu qələbə sayəsində turnir cədvəlində liderliyini qoruyub saxlayıb, “İnter” (66) isə 5-ci pillədədir.
İtaliya A Seriyası. 35-ci tur
“İnter” – “Yuventus” – 2:3
Qollar: 0:1 – Kosta – 13, 1:1 – İkardi – 52, 2:1 – Bartsali – 65 (avtoqol), 2:2 – Şkrinyar – 87 (avtoqol), 2:3 – İquain – 89.