1bf3d821-7d2b-491a-bce0-adcb7a3ba861.jpg

“Yuventus” klubunun baş direktoru Pol Poqbanın gələcəyini açıqladı

Baxış sayı: 217 dəfə baxılıb.

“Yuventus”un baş direktoru Mauritsio Skanavino yarımmüdafiəçi Pol Poqbanın
klubdan ayrılacağını təsdiqləyib.

Cixisyolu.com xəbər verir ki, klubun baş direktoru məsələ ilə bağlı açıqlamasında
fransalı futbolçunun yanvar ayında komanda ilə yollarını ayıracağını bildirib.

Qeyd edək ki, Pol Poqbanın 2023-cü il sentyabrın 11-də A Seriyasının I turunda
“Udineze” ilə matçdan sonra dopinq testi müsbət nəticələnib. Futbolçu məhz bu
səbəbdən 4 il müddətinə diskvalifikasiya edilmişdi. Daha sonra isə Poqbanın
cəzası 18 aya endirilmişdi.

Source link