4aa98cca-51e1-40ae-a138-3ccfcc9c7d9a..jpg

“Yuventus” “Milan”a minimal hesabla qalib gəldi – VİDEO

Baxış sayı: 497 dəfə baxılıb.

“Yuventus” “Milan”a minimal hesabla qalib gəldi – VİDEO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Futbol üzrə İtaliya A Seriyasının IX turunun mərkəzi oyununda “Milan” və
“Yuventus” üz-üzə gəliblər.

Cixisyolu.com xəbər verir ki, birincilərin meydanında baş tutan matçda qonaq komanda
qələbə qazanıb – 0:1.

“Qoca sinyora”nın yeganə qolunu 63-cü dəqiqədə Manuel Lokatelli vurub. 40-cı
dəqiqədə Malik Tiavın birbaşa qırmızı vərəqə ilə meydandan qovulmasından sonra
komanda 10 nəfərlə oynayıb.

Qələbə sayəsində xallarını 20-yə çatdıran “Yuventus” üçüncü pillədədir.
Massimilyano Alleqrinin komandası lider “İnter”dən iki, ikinci pillənin sahibi
“Milan”dan bir xal geri qalır.

Faiq Tahirov


Source link