“Yuventus” Poqba ilə müqaviləni ləğv etməyə hazırlaşır
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
“Yuventus” rəsmən diskvalifikasiya olan kimi yarımmüdafiəçi Pol Poqba ilə
müqaviləni ləğv edəcək.
Məlumata görə, klub 30 yaşlı futbolçu ilə mübahisə etmək istəmir, ona görə də
onunla və ətrafı ilə danışıqlar aparmağa, qarşılıqlı razılıq əsasında
müqaviləni pozmağa hazırdır.
Qeyd edək ki, bundan əvvəl antidopinq prokurorluğu fransalı yarımmüdafiəçinin
dördillik diskvalifikasiyasını istəyib. Poqba cəzalı olduğu üçün sentyabr
ayından bəri “Yuventus”la məşq etmir. Bundan əlavə, kluba onun maaşını müqavilə
ilə zəmanət verilən minimum səviyyəyə – ayda təxminən 2000 avroya endirməyə
icazə verilib.
Mənbə: sport-express.ru