İtaliyanın “Yuventus” komandası gələn ilin yayında Madrid “Real”ının müdafiəçisi Marselonu da almağı planlaşdırır.
ÇıxışYolu.Com xəbər verir ki, əslində, bu transfer bu yay baş tuta bilərdi.
Lakin Turin klubu maliyyə feyr-pleyini pozub UEFA-nın sanksiyası ilə üzləşmək istəməyib.
Əgər bu transfer baş tutsa, İtaliya təmsilçisi 50 milyon avrosundan keçməli olacaq. 30 yaşlı braziliyalı oyunçunun İspaniya klubu ilə müqaviləsi isə 2022-ci ilədəkdir.
Qeyd edək ki, daha əvvəl Marselonun “Real”dan “Yuventus”a keçmiş Kriştianu Ronaldunun komandada olmamasından şikayətləndiyi bildirilirdi.
Səbuhi MUSAYEV
www.ÇıxışYolu.Com