94d9f42f-6f99-454c-8b18-8d94d7942302..jpg

“Yuventus” səfərdə qələbə qazandı – VİDEO

Baxış sayı: 441 dəfə baxılıb.

“Yuventus” səfərdə qələbə qazandı – VİDEO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

İtaliya A Seriyasında 17-ci turun görüşləri keçirilir.

“Frozinone” doğma meydanda “Yuventus”u qəbul edib.

Benito Stirpe stadionundakı qarşılaşma qonaqların qələbəsilə başa çatıb – 1:2.

12-ci dəqiqədə “Yuventus”un hücumçusu Kənan Yıldız hesabı açıb. 51-ci dəqiqədə
hücumçu Xayme Baez “Frozinone”nin cavab qolunu vurub. Oyunda son nöqtəni isə
“Yuventus”a qələbə qazandıran qolu vuran hücumçu Duşan Vlahoviç qoyub. O, 81-ci
dəqiqədə Veston Makkenninin ötürməsindən fərqlənib.

Beləliklə də, “Yuventus” turnir cədvəlində ikinci yerdədir. Komanda 17 oyundan
sonra 40 xal toplayıb. “Frozinone” 19 xalla 14-cü yerdədir. Çempionata isə
“İnter”i başçılıq edir (41 xal).


Source link