“Yuventus” türkiyəli futbolçunun məvacibini dörd dəfə artıra bilər
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
“Yuventus” rəhbərliyi 18 yaşlı hücumçu Kənan Yıldızla müqaviləni 2029-cu ilə
qədər uzatmaq üçün çalışır.
Bu barədə “X” sosial şəbəkəsində (keçmiş “Twitter”) jurnalist Nikolo Skira
məlumat verib.
Mənbənin məlumatına görə, Turin klubu futbolçuya məvacibini dörd dəfə
artırmaqla müqavilə təklif edir. Mövcud əmək müqaviləsinə görə, Yıldızın ildə
300 min avro qazandığı vurğulanır. “Yuventus” türkiyəli futbolçuya illik 1-1,2
milyon avro maaş təklif etməyə hazırdır.
“Qoca sinyora” son transfer pəncərəsində digər Avropa klublarından Yıldız üçün
gələn transfer təkliflərini rədd edib.
Xatırladaq ki, bu mövsüm türkiyəli hücumçu bütün turnirlərdə 26 matçda iştirak
edib, beş qol vurub və bir məhsuldar ötürmə edib. Futbolçunun klubla hazırkı
əmək müqaviləsi 2027-ci ilin yayına kimi nəzərdə tutulub.
“Transfermarkt” portalında verilən məlumata görə, futbolçunun bazar dəyəri 10
milyon avrodur.