“Yuventus”dan Kənan Yıldıza möhtəşəm jest
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
İtaliya nəhəngi “Yuventus” həm türkiyəli milli futbolçu Kənan Yıldızla
müqaviləni uzatmağa, həm də əfsanəsi Alessandro Del Pyeronun formasını ona
verməyə hazırlaşır.
Məlumata görə, İtaliya A Seriyasının daimi təmsilçisi Yıldızla 2029-cu ilə
qədər yeni müqavilə imzalamaq istəyir.
Bildirilir ki, “qoca sinyora”nın azarkeşlərin böyük maraq göstərdiyi 18 yaşlı
hücumçu ilə son vaxtlar Avropa klublarının maraqlanması “Yuve”ni belə addım
atmağa sövq edir. Hazırda komandada 15 nömrəli formanı geyinən hücumçunun yeni
müqavilədən sonra 10 nömrəli formanı geyinəcəyi gözlənilir.
Qeyd edək ki, “Yuventus”da Del Pyerodan sonra Tevez, Poqba və Dibala kimi
adlar 10 nömrəli formanı geyinsə də, son iki mövsümdə bu nömrə sahibsiz qalıb.
Mənbə: Haber Global