9abda05a-518d-4c71-9f82-455785547f20..jpg

“Yuventus”un A seriyasında 15 xalı silindi – YENİLƏNİB

Baxış sayı: 843 dəfə baxılıb.

“Yuventus”un A seriyasında 15 xalı silindi – YENİLƏNİB

A Seriyasının prokuroru klubun fəaliyyətində yol verdiyi maliyyə pozuntularına
görə “Yuventus”u ölkə çempionatının turnir cədvəlindəki 15 xaldan məhrum edib.

Bu barədə cümə günü İtaliya Futbol Federasiyasının mətbuat xidməti məlumat
yayıb.

Nəticədə klub turnir cədvəlində 3-cü pillədən 11-ci pilləyə yuvarlanıb.

Mənbə: TASS

23:46

İtaliya Futbol Federasiyasının (FIGC) prokurorluğu maliyyə fırıldaqlarına görə
Turinin “Yuventus” futbol klubundan ölkə çempionatında doqquz xalın silinməsini
tələb edib.

Məlumata görə, məsələ cümə günü FIGC məhkəməsində qaldırılıb.

Prokurorlar həmçinin “Yuventus”un sabiq prezidenti Andrea Anyellinin 16 ay,
klubun keçmiş vitse-prezidenti Pavel Nedved və keçmiş icraçı direktor Maurisio
Arrivabenenin 12 ay müddətinə futboldan uzaqlaşdırılmasını tələb ediblər.

Bundan əlavə, federal prokuror Cüzeppe Cine cinayət sxemində iştirak edən
klubların cəzalandırılmasını tələb edib. Klubun müdafiəsi isə hesab edir ki,
prokurorluğun tələbləri qəbuledilməzdir, çünki iş 2022-ci ilin aprelində
bağlanıb.

Xatırladaq ki, Anyelli, Nedved və Arrivabene noyabrda vəzifələrindən
ayrılıblar. Onlar və digər liderlər “Yuventus”un maliyyə idarəçiliyi ilə bağlı
pozuntularda şübhəli bilinirdilər. Xüsusilə, ittihamlar yanlış maliyyə
məlumatlarının təqdim edilməsi, fırıldaqçılıq və oyunçuların alış məbləğlərinin
şişirdilməsi ilə bağlı idi. Aprel ayında FIGC məhkəməsi şübhəlilərə bəraət
verib.

Qeyd edək ki, hazırda “Yuventus” İtaliya çempionatında 18 oyundan sonra 37
xalla üçüncüdür.

Mənbə: TASS

Source link