İtaliyanın “Yuventus” klubunun baş məşqçisi Massimiliano Alleqri növbəti mövsüm Turin komandasını çalışdırmayacaq.
Turin klubunun rəsmi saytının yaydığı açıqlamada onunla yolların ayrıldığı bildirilib.
Alleqri və “Yuventus”un prezidenti Andre Anyelli sabah “Alyans” stadionunda mətbuat konfransına çıxacaq və bu qərar haqda danışacaq.
Qeyd edək ki, Massimiliano Alleqri 2014-cü ilin yayından bu komandanı çalışdırırdı. O, “Yuventus”a beş dəfə İtaliya çempionluğu, dörd dəfə İtaliya kuboku, iki dəfə Superkubok qazandırıb. Onun rəhbərliyi altında komanda iki dəfə Çempionlar Liqasının finalına çıxsa da, bu titulu qazanmaq İtaliya nəhənginə qismət olmayıb.
Səbuhi MUSAYEV