ABŞ-ın Massaçusets texnologiya institutunun tədqiqatçıları “şüurlu yuxuların” (lucid dream) və ya mikro-yuxuların müddətini uzada bilən “Dormio” adlı xüsusi cihaz ərsəyə gətirib.
ÇıxışYolu.Com xəbər verir ki, bu barədə “Motherboard” məlumat yayıb.
Alimlərin təbirincə mikro-yuxu müddətinin uzanması insanların yaradıcı qabiliyyətini əhəmiyyətli dərəcədə artıra bilər.
Hipnoqoqiya vəziyyətində insan səsli, görüntülü və ya taktil hallüsinasiyalar yaşaya bilir.
Qan təzyiqini və ürək yığılmalarının tezliyini ölçən sensorlarla təchiz olunmuş əlcək şəkilli mikro-kontrolyordan ibarət cihaz altı könüllünün üzərində sınaqdan keçirilib.