44321b1c-acdb-48f4-a238-682b614f1c5f..jpg

Yüzlərlə ukraynalı və azərbaycanlı naməlum istiqamətə aparılıb – VİDEO

Baxış sayı: 2. 382 dəfə baxılıb.

Yüzlərlə ukraynalı və azərbaycanlı naməlum istiqamətə aparılıb – VİDEO

Ukraynada müharibə davam edir.

Baku TV-nin bu ölkədə olan əməkdaşı Mübariz Aslanov Ukraynadan son məlumatları
çatdırıb.

O qeyd edib ki, Zaporojye vilayətində Rusiya Ordusunun raket zərbələri
nəticəsində böyük bir məhəllə dağılıb.

“10 nəfərin öldüyü, 20 nəfərin isə yaralandığı bildirilir. Dağıntılar altında
qalan insanların axtarışı davam edir”, – deyə jurnalist əlavə edib.

Məlumata görə, Xerson vilayəti də fasiləsiz raket atəşinə məruz qalır.

O da bildirilib ki, Dneprin sol sahilində yerləşən qəsəbələrdən birinin 200
sakini Rusiya Ordusu tərəfindən naməlum istiqamətə aparılıb və onların evləri
hərbi məqsədlər üçün istifadə olunur.

Xersonda yaşayan həmyerlilərimizin sözlərinə görə, aparılanların arasında
azərbaycanlılar da var.


Source link