d37e4bf5-fbef-436b-b0b2-b19b6c331786..jpg

“Zəfər” festivalı çərçivəsində Uşaq Filarmoniyasında konsert keçirilib – FOTO

Baxış sayı: 644 dəfə baxılıb.

“Zəfər” festivalı çərçivəsində Uşaq Filarmoniyasında konsert keçirilib – FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə 8 Noyabr – Zəfər Günü münasibətilə
keçirilən “Zəfər” musiqi və teatr festivalı silsilə tədbirlərlə davam edir.

Nazirlikdən verilən xəbərə görə, festivalın növbəti musiqili tədbiri
Azərbaycan Dövlət Uşaq Filarmoniyasında keçirilib.

Gecədə Dövlət Uşaq Filarmoniyasının “Şəms” uşaq xoru, vokal sinifi, “Sədəf”
xalq çalğı alətləri ansamblı, oğlan və qızlardan ibarət rəqs kollektivləri
çıxış edib.
Konserti mədəniyyət, incəsənət xadimləri, şəhid, qazi övladları və digər
qonaqlar izləyiblər.

Əvvəlcə şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Daha sonra
konsert proqramı təqdim olunub.

Proqramda “Qaytağı”, “Nəlbəki”, “Şuşanın dağları”, “Şalaxo”, “Qaval”,
“Lakkuti”, “Şənlik”, “Yaşa” rəqsləri, “Bayatı-Şiraz”, “Söz olmasaydı”, “Bulaq
üstə”, “Qarabağ”, “Ey Azərbaycanım” və digər musiqilər ifa edilib. Konsert
tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb.

Source link