caa4f259-15ef-4257-95e3-15c042ec9cd6..jpg

“Zəfər Günü Azərbaycan üçün müqəddəs amala çatmaq üçün bütün əngəlləri aşa bilmək gücünün təcəssümüdür” – RƏY

Baxış sayı: 435 dəfə baxılıb.

“Zəfər Günü Azərbaycan üçün müqəddəs amala çatmaq üçün bütün əngəlləri aşa
bilmək gücünün təcəssümüdür” – RƏY
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Zəfər Günü Azərbaycan üçün ilk növbədə müstəqil dövlətin və xalqın ərazi
bütövlüyü kimi müqəddəs amala çatmaq yolunda bütün maneələri aşa bilmək gücünün
təcəssümüdür”.

Bunu “Report”a açıqlamasında Milli Məclisin deputatı Elnur Allahverdiyev deyib.

Onun sözlərinə görə, bu tarixi hadisə xalqla dövlətin birliyinin, cəmiyyətlə
dövlətin həmrəyliyinin, hər bir vətəndaşın, fərdin ümummilli hədəflər naminə
səfərbərliyinin göstəricisidir:

“Bu gün Azərbaycan xalqının qırılmaz əzminin və dəmir iradəsinin Zəfər
Günüdür. Xalqımızın 30 illik mücadiləsi, öncə ulu öndər Heydər Əliyevi özünün
xilaskarı qismində görməsi və ətrafında birləşməsi, sonra isə Prezidentİlham
Əliyevə etimad göstərib onun ardınca addım-addım qələbə gününə doğru
irəliləməsi bu şanlı tarixin əldə edilməsi yolunda silahımız oldu. Qələbə təkcə
Azərbaycan ərazisini işğal altında saxlayan, torpaqlarını zəbt, tarixini qəsb
edən, saxtalaşdırmağa cəhd göstərən düşmən üzərində deyil. Bu zəfər həm də
düşməni 30 il ərzində himayə edən, böyüdüb-bəsləyən, əlinə silah verən,
danışıqlarda arxasında gizlədən, beynəlxalq təşkilatlarda müdafiə edənlər
üzərindədir. Çünki bu dönəmdə çoxları bizə təlqin etməyə çalışırdılar ki,
mövcud vəziyyət reallıqdır və biz hər şeyi unudub bu gerçəkliklə barışmalı,
torpaqlarımızı erməni separatçılarına güzəştə getməliyik. Tariximizi,
böyüklərimizin bizə qoyub getdiyi irsimizi unutmalıyıq, düşmənə səssiz təslim
olmalıyıq. Bu baxımdan, hesab edirəm ki, qələbəmiz həm də qlobal geosiyasi
plan, əməliyyat və onların müəllifləri üzərində qazandığımız zəfərdir”.

“Biz bu nailiyyətlə, Vətən müharibəsi günlərində və sonrakı üç ildə böyük bir
axına əks gedərək xalqımızın əzmini, dirənişini əzib keçmək istəyən böyük
güclərin oyununu pozmuşuq. Məhz buna görə də dünyada heç kim bu qələbəni sadəcə
olaraq iki ölkə, iki xalq arasındakı müharibənin nəticəsi olaraq
qiymətləndirməməlidir. Biz II Qarabağ savaşına ona görə Vətən müharibəsi
deyirik ki, bu, təkcə ərazi bütövlüyümüzün bərpası deyil, həm də verdiyimiz
ümumxalq mücadiləsidir. Bu, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi
ilə mətin Ordumuzun qazandığı şəksiz qələbədir. Çoxları düşünür və ümid
edirdilər ki, dövlətimiz beş, yaxud maksimum yeddi rayonun qaytarılması ilə
kifayətlənəcək. Ancaq müharibənin gedişi nümayiş etdirdi ki, biz torpağımızın
hər qarışı uğrunda qan tökməyə hazırıq. Döyüş əməliyyatları günlərində bir daha
ümidləndilər ki, biz haranı azad etsək də, Şuşada bayrağımızın dalğalanmasına
nail ola bilməyəcəyik. Son üç ildə isə özləri-özlərini inandırmağa çalışırdılar
ki, Şuşa ilə kifayətlənəcəyik”, – Milli Məclisin üzvü bildirib.

E.Allahverdiyev vurğulayıb ki, xalqın və Ordunun lideri üçrəngli bayrağı
Xankəndidə dalğalandıracağımıza söz vermişdi:

“Biz də bu günün yetişəcəyinə inanırdıq. Bu gün bu inam artıq reallığa
çevrilib və bütün dünya, o cümlədən düşmən də bununla barışıb, razılaşıb. 30
ildir “bu torpaqların sahibləri olduqlarını” deyənlər bizim diqtəmizlə dəyişən
reallığı bir ayın içində qəbul etdilər və bu gün Azərbaycanla sülh sazişi
imzalamaqdan ötrü dəridən-qabıqdan çıxırlar. Biz isə bir an olsun belə
ədalətsiz düzənlə razılaşmadıq və sonda müstəqilliyimizi qoruduq,
suverenliyimizi tam bərpa etdik, sərhədlərimizin bütövlüyünü təmin etdik.
Fikrimcə, Zəfər Gününü bizim üçün əlahiddə doğma, dəyərli və qiymətli edən də
məhz budur”.

Source link