d53545c6-65f2-4944-8808-edc6d1d99a77..jpg

“Zəfər Günü Azərbaycanın dövlət müstəqilliyinin, suverenliyinin, gücünün və qüdrətinin rəmzidir” – ŞƏRH + FOTO

Baxış sayı: 493 dəfə baxılıb.

“Zəfər Günü Azərbaycanın dövlət müstəqilliyinin, suverenliyinin, gücünün və
qüdrətinin rəmzidir” – ŞƏRH + FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“İşğal altında olan torpaqlarımızın düşməndən azad edilməsi və Azərbaycanın
bütün sərhədləri boyunca bayrağımızın dalğalanması bütün dövrlərdə dövlət
siyasətinin mütləq prioriteti və strateji hədəfi olub. Uzun illər ərzində
danışıqlar masasında prinsipiallıq göstərən Azərbaycan, eyni zamanda, güclü
ordu yaradırdı. Ordu quruculuğu hər zaman Prezidentİlham Əliyevin dövlət
siyasətinin prioritet istiqaməti olub. Bütün illər ərzində dövlətin büdcə
xərclərinin əsasını məhz hərbi xərclər təşkil edib. Ordunun döyüş qabiliyyəti
möhkəmləndi, yüksəldi, ordumuz müasir silah-sursat, texnika ilə təchiz edildi”.

Bu fikirləri Cixisyolu.com-a Zəfər Gününün əhəmiyyəti haqqında danışarkən Milli
Məclisin deputatıFatma Yıldırım deyib. Deputat bildirib ki, Azərbaycan
Ordusunun 2020-ci il sentyabrın 27-də başladığı uğurlu əks-hücum əməliyyatı
nəticəsində noyabrın 9-dək beş şəhər, dörd qəsəbə və 286 kənd işğaldan azad
edildi:

“Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə qəhrəman
hərbçilərimizin şücaəti, rəşadəti hesabına, şəhidlərimizin qanı-canı bahasına
bütün dünya Azərbaycanın şanlı qələbəsinin şahidi oldu. Azərbaycan Ordusu öz
qəhrəmanlığı və peşəkarlığı ilə təkcə Ermənistanın silahlı qüvvələrini məhv
etməyib, o, erməni mifini də məhv edib. Cəmi 44 gün ərzində Ermənistan ordusu,
hərbi texnikası, canlı qüvvəsi məhv edildi və Azərbaycan öz gücünü, öz
qüdrətini göstərdi.

Zəfər Günü Azərbaycanın dövlət müstəqilliyinin, suverenliyinin, gücünün və
qüdrətinin rəmzidir. Bəziləri düşünürdülər ki, Azərbaycan 2020-ci il 10
noyabrda Üçtərəfli Bəyanatla təsbit edilmiş status-kvonu dəyişməyə cürət
etməyəcək və əksər ərazilərlə Şuşanın azad edilməsi maksimal hədd olacaq. Onlar
bunu belə əsaslandırırdılar ki, beynəlxalq aləm ermənilər yaşayan Azərbaycan
ərazisində hər hansı əməliyyat keçirməyə və bu ərazilər üzərində Azərbaycanın
nəzarətini bərpa etməyə imkan verməyəcək. Həmin dövrdə, əsasən, ABŞ və Qərb
ölkələrinin tutduğu mövqe, verilən bəyanatlar belə proqnozlar üçün ciddi
əsaslar yaratmışdı.

2021-ci ilin sonu – 2022-ci ilin əvvəllərində Azərbaycanın qeyri-hökumət
təşkilatları Laçın yolu üzərində etiraz aksiyasına başlayanda, müharibədən
sonrakı dövrdə həmin ərazilərdə qalan Ermənistan silahlı qüvvələrinin
qalıqlarının ardıcıl təxribatlarına Azərbaycan Ordusu tərəfindən cavab
tədbirləri görüləndə bəzi region ölkələri və Qərb dairələrinin məsələnin
mahiyyətinə varmadan, heç bir araşdırma aparmadan verdikləri bəyanatlar
Azərbaycana qarşı təzyiq cəhdindən başqa bir şey deyildi. Lakin bütün bunlar
əbəs idi. Prezidentimizin dediyi kimi, heç bir qüvvə bizim iradəmizə təsir edə
bilməz və belə də oldu!”

Deputat vurğulayıb ki, ümummilli lider Heydər Əliyevin müstəsna xidmətləri
sayəsində formalaşan və inkişaf yoluna qədəm qoyan Azərbaycan Silahlı Qüvvələri
bu gün müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında öz xalqına
Qələbəni bəxş etmiş müzəffər Orduya çevrilib:

“Azərbaycan Ordusu maddi-texniki təchizat, döyüş hazırlığı və döyüş ruhu
baxımından tam üstünlüyə malikdir. Ordumuzun müasir texnika ilə təchizatı,
müntəzəm olaraq keçirilmiş təlimlər, ordumuzun döyüş potensialının
gücləndirilməsi, hərbi sənayenin yaradılması və idxaldan müəyyən dərəcədə
asılılığın azaldılması – bütün bunlar məqsədyönlü şəkildə aparılan siyasətin
tərkib hissəsidir. XXI əsrin müharibəsini aparan Azərbaycanın döyüş təcrübəsi
və taktikası bu gün dünyanın inkişaf etmiş ölkələrinin hərbi məktəblərində
öyrənilir. ABŞ Hərbi Akademiyası və Pentaqonun rəsmiləri Azərbaycan Ordusunun
hərbi əməliyyatlarının öyrənilməsi zərurətini qeyd edirlər. Aparıcı Qərb mətbu
orqanlarında, habelə ABŞ-nin Milli Müharibə Kollecinin və Seton Hall
Universitetinin Diplomatiya və Beynəlxalq Münasibətlər Məktəbinin analitik
nəşrlərində Azərbaycan Ordusunun hərbi taktikası öyrənilərkən belə qənaətə
gəlinib ki, Ordumuzun qarşısında hətta dünyanın aparıcı ölkəsi olsaydı belə,
onun da heç bir şansı olmayacaqdı”.

Fatma Yıldırım əlavə edib ki, 23 aprel 2023-cü il tarixində “Laçın”
sərhəd-buraxılış məntəqəsinin qurulması böyük Şuşa Zəfərindən sonra əldə
edilmiş ən böyük və əhəmiyyətli hərbi-siyasi qələbə kimi Azərbaycan tarixinə
qızıl hərflərlə yazıldı. Bununla da Azərbaycanın ərazi bütövlüyü təmin olundu.
Eləcə də, bu il 19-20 sentyabr tarixlərində Ordumuzun Qarabağda keçirdiyi lokal
antiterror tədbirləri nəticəsində separatçı rejim təslim oldu. Bununla da
suverenliyimiz tam təmin olundu.

“15 oktyabr tarixində Xankəndi şəhərinin mərkəzi meydanında Azərbaycan Bayrağı
qaldırıldı. 20 il bundan əvvəl Prezident seçilmiş İlham Əliyev doğma xalqına
müraciət edərək söz vermişdi ki, Azərbaycan xalqının və Azərbaycan dövlətinin
milli maraqlarını müdafiə edəcək və Azərbaycanın ərazi bütövlüyünü qoruyacaq.
Belə də oldu! Azad edilmiş ərazilərə səfərləri ilə Prezident İlham Əliyev öz
sevincini xalqı ilə bölüşməklə yanaşı, həmin əraziləri tez bir zamanda bərpa
etmək, dirçəltmək əzmində olduğunu əyani nümayiş etdirir. Azad edilmiş
şəhərlərimizdə, kəndlərimizdə artıq geniş inşaat işləri gedir. Azad edilmiş
bütün şəhərlərdə İşğal və Zəfər muzeyləri inşa ediləcək. İnfrastruktur işləri,
xəstəxanalar, məktəblər, yaşayış binaları, mədəniyyət obyektləri,
məscidlərimizin bərpası, muzeylər, hava limanları, dəmir yolları, tunellərin
tikintisi davam etdirilir. Beləliklə, azad edilmiş torpaqlara həyat qayıdır.
Bundan sonra Azərbaycan yalnız inkişaf edəcək”, – deyə millət vəkili diqqətə
çatdırıb.

Aysel Aslan

Source link