8aa2b2dc-11f5-4a7b-bfdf-0f66a7e42db0..jpg

Zəfər günü ilə əlaqədar paytaxtda ağacəkmə aksiyası – FOTO

Baxış sayı: 486 dəfə baxılıb.

Zəfər günü ilə əlaqədar paytaxtda ağacəkmə aksiyası – FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

44 günlük Vətən müharibəsində Prezident, Müzəffər Ali Baş Komandan İlham
Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusunun düşmən üzərində qazandığı
Şanlı Zəfərimizin üçüncü ildönümü münasibəti ilə Bakı Şəhər İcra Hakimiyyəti və
“Regional İnkişaf” İctimai Birliyinin (RİİB) birgə təşkilatçılığı ilə paytaxtın
Nərimanov rayonundakı Məmməd Araz və Aşıq Molla Cümə küçələri boyunca olan
ərazidə genişmiqyaslı ağacəkmə aksiyası keçirilib. Aksiyada icra hakimiyyətinin
əməkdaşları, struktur bölmələrin işçiləri və İctimai Birliyin könüllüləri
iştirak ediblər.

Bu barədə Bakı Şəhər İcra Hakimiyyətinin Mətbuat Xidməti məlumat yayıb.

Bildirilib ki, aksiyanın keçirildiyi ərazi yararsız tullantılardan
təmizlənərək burada Abşeron yarımadasının torpaq-iqlim şəraitinə uyğun 500 ədəd
şam ağacları əkilib.

Zəfər Bayramı münasibətilə keçirilən iməcilik bu ərazidə ekoloji tarazlığın
bərpası və ərazinin gözəlləşməsi istiqamətində görülən işlərin davamıdır.

Aksiya zamanı əkilən ağaclara gələcəkdə qulluq göstərilməsi üçün suvarılma
məsələlərin həll edilib, cavabdehlər müəyyənləşdirilib.

Mövsüm ərzində Bakı şəhərinin yaşıllaşdırılması, yaşıllıqlara qulluq və
abadlıqla bağlı işlərin davam etdirilməsi nəzərdə tutulub.

Source link