08fa36e8-8c49-48dd-a2b8-ef0bbe838d22..jpg

Zəfər Günü münasibətilə yeniyetmə məhkumlar şəhər gəzintisinə çıxarılıb – FOTO

Baxış sayı: 528 dəfə baxılıb.

Zəfər Günü münasibətilə yeniyetmə məhkumlar şəhər gəzintisinə çıxarılıb – FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

8 noyabr – Zəfər Günü və Şuşa Şəhəri Gününün qeyd edilməsi ilə əlaqədar
Penitensiar Xidmətin tərbiyə müəssisəsində saxlanılan və yetkinlik yaşına
çatmayan 3 məhkumun şəhər gəzintisi təşkil edilib.

Cixisyolu.com xəbər verir ki, ilk olaraq onlar Fəxri Xiyabanda Heydər Əliyevin və
Zərifə xanım Əliyevanın məzarlarını ziyarət edib, onların xatirəsinə dərin
ehtiramlarını bildiriblər.

Sonra Şəhidlər xiyabanında şəhidlərimizin əbədi xatirəsi yad edilib.

Vətənpərvərlik hisslərinin aşılanması, Prezident, Müzəffər Ali Baş Komandan
İlham Əliyevin rəhbərliyi ilə xalqımızın 44 günlük Vətən müharibəsində
qələbəsinin və ərazi bütövlüyümüzün bərpasının simvollarından biri olan Hərbi
Qənimətlər Parkına səfər təşkil olunub.

Yetkinlik yaşına çatmayan məhkumlar üçün nahar yeməyi, maraqlı əyləncələr və
digər oyun proqramları təşkil olunub.

Source link